Mətbuat Şurası 2 qəzeti “qara siyahı”ya saldı: - 3 SAYTı isə...
29.01.2016 22:49 Sosreaksiya 2072
Bu gün Azərbaycan Mətbuat Şurasının 2016-cı ildə ilk iclası keçirilib. İclasda Mətbuat Şurasının Şikayətlər üzrə və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyalarının rəyləri əsasında qərarlar qəbul edilib.
Reaksiya TURKUSTAN.info-ya istinadən xəbər verir ki, Müzakirələrdən sonra «Qərb xəbərləri» və «Xalq tribunası» qəzetlərinin adlarının MŞ-nin «qara siyahı»sına daxil edilməsi barədə qərar çıxarılıb.
Bundan başqa «Bələdiyyə birliyi» qəzetinə xəbərdarlıq olunması ilə bağlı da qərar qəbul edilib.
İclasda həmçinin «Milli.az» internet portalı, «dia.az», «regionxeber.tv» saytı barədə də rəylər çıxarılıb.
Şərhlər