QHT Şurası MŞ-na və hüquq-mühafizə orqanlarına müraciət edəcək
29.01.2016 22:56 Sosreaksiya 2412
QHT Şurasının mətbuat xidmətindən musavat.coma bildirilib ki, əvvəllər də müxtəlif qərəzli məlumatların yayımlanmasına baxmayaraq, Şura indiyədək bu tipli media orqanlarının hüquqi qaydada cəzalandırılmasının tərəfdarı olmayıb: "Şura hesab edir ki, media, cəmiyyətin müxtəlif məzmunlu zəruri informasiya ilə təminatını həyata keçirən və inkişafa xidmət edən vətəndaş cəmiyyətinin aparıcı institutlarından biridir. Bunu əsas götürərək Şura şəffaflıq və aşkarlıq prinsiplərinə sadiq qalaraq hər zaman yerli və beynəlxalq KİV-lərlə əməkdaşlığa böyük önəm verib.
Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumların və hüquq-mühafizə orqanlarının dəfələrlə xəbərdarlığına baxmayaraq, hələ də qanunazidd əməllərindən əl çəkməyən, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan, dövlət orqanlarının və ictimai-siyasi xadimlərin işgüzar nüfuzuna kölgə salmağa çalışan yazılı və internet mediası nümunələri də mövcuddur. Onların bu tip qarayaxma fəaliyyətinin davamlı xarakter almasını və şifahi xəbərdarlıqlarımızın nəticə verməməsini əsas götürərək, Şura yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına müraciət etməyi qərara alıb.
Şura bununla yanaşı bütün media təmsilçilərinə müraciət edir və onları mətbuat adına ləkə gətirən, jurnalistikanın ali məqsədlərindən tamamilə uzaq olan, söz və ifadə azadlığından sui-istifadə edərək şər və böhtanı özlərinin həyat tərzinə çevirən “jurnalistlər”in əməllərinə münasibət bildirməyə çağırır".
Şərhlər