Uşaq oğruları cəzalandırıldı

29.01.2016 22:58     Sosreaksiya     1261

Çində 20-dən artıq körpənin oğurlanıb, satılmasında günahkar bilinən şəxs edam edilib.
 
Musavat.com xəbər verir ki, bu cür ağır cinayətlə Tan Yunçji və onun əlaltıları 2008-ci ilin fevralından 2013-cü ilin aprelinə qədər olan müddətdə məşğul olublar.
 
Məlumata görə, onlar körpələri ölkənin cənub-qərbində yerləşən Yunnan əyalətindən oğurlayaraq, Xenan əyalətində satıblar.
 
Dəstə 5 il ərzində 22 körpə satıb. Dəstənin başçısı Tan ölümə məhkum edilib, qalan üzvlərinə isə uzunmüddətli həbs cəzası verilib.

Şərhlər