"Siyəzən Broyler"də yanğın olub
30.01.2016 11:12 Sosreaksiya 1809

"Siyəzən" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisisində yanğın hadisəsi baş verib.
Reaksiya xəbər verir ki, Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 12 km aralı) baş verib. Vətəndaşa məxsus “Siyəzən” ASC-nin ərazisində ümumi sahəsi 1068 kv.m olan broyler sexinin döşəməsi 278 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər