Bakıda 83 yaşlı kişi evində ölü tapıldı

30.01.2016 11:14     Sosreaksiya     1892

Bakıda mənzildən meyit tapılıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1933-cü il təvəllüdlü Evqeni Seldukun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açarkən E.Seldukun cəsədini aşkarlayıblar. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:58-də başa çatıb.

Şərhlər