Türkiyədə üç azərbaycanlı amansızlıqla qətlə yetirilib - VİDEO

30.01.2016 13:50     Sosreaksiya     1462

Türkiyədə üç azərbaycanlı amansızlıqla qətlə yetirilib. APA TV-nin məlumatına görə, hadisə Düzcə bölgəsində baş verib.
 
Gürcüstan vətəndaşları - 52 yaşlı Ema Şərifova, bacısı, 46 yaşlı Elnaz Şərifova və nəvəsi, 19 yaşlı Sahib Şərifovun meyitləri yaşadıqları evdən tapılıb. İki bacı və gəncdən üç gün xəbər olmayıb. Türkiyə vətəndaşı Sərvət Öztürk 1 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Ema Şərifovadan xəbər çıxmadığı üçün evə gedib. Lakin qapını açan olmayıb. Sərvət Öztürk qapını sındıraraq, içəri girib. O, bir otaqda Ema və Elnaz Şərifova bacılarının, başqa bir otaqda isə Sahib Şərfovun meyitlərini aşkarlayıb. Məlum olub ki, Ema Şərifova və nəvəsinin boğazı kəsilib, Elnaz Şərifova isə boğularaq öldürülüb.
 
Meyitlər Düzcə Universitetinin xəstəxanasındakı morqa aparılıb.
 
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Şərhlər