Gənc yazar Seymur Süleymanov QHT təsis edib
30.01.2016 15:42 Sosreaksiya 1968

Bu gün yeni Qeyri Hökümət Təşkilatı təsis edilib. “Çağdaş Gənclik” İctimai Birliyi adlanacaq yeni təşkilata gənc yazar Seymur Süleymanovrəhbərlik edəcək. Bu barədə məlumatıAzinforum.az-a Seymur Süleymanovun özü verib. Təsisçinin sözlərinə görə, ”Çağdaş Gənclik” İctimai Birliyinin fəaliyyətinin məqsədi gənclərin dövlətə,vətənə,xalqa,torpağa, sədaqətini artırmaq, milli mənlik şüurunu inkşaf etdirmək, milli qürur hisslərini daha da gücləndirmək, dövlətin gənclər siyasəti prosesində fəal iştrakını, orduda xidmətə marağını və həvəsini artırmaq, Azərbaycan tarixinin öyrənilməsində dəstək verməkdən ibarət olacaq:
“Biz eyni zamanda, Azərbaycan haqqında dünya ictimaiyyətində müsbət imicin formalaşmasına yardım göstərməyə çalışacayıq”.
Seymur Süleymanov bildirdi ki, “Çağdaş Gənclik ” İctimai Birliyi dövlət qeydiyyatına alınması üçün yaxın vaxtlarda Ədliyyə Nazirliyinə müraciət edəcəkdir.
Şərhlər