Daha bir Qarabağ döyüşçüsü işsizlikdən narazıdır - FOTOLAR

30.01.2016 15:48     Sosreaksiya     2133

Son zamanlar Qarabağ döyüçşüləri iə bağlı bəzi əməli tədbirlər görülsə də, hələ də bəzi problemlər qalmaqdadır. Belə ki, Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Səyavuş Şakir oğlu Mirzəyev Reaksiya.az – a müraciət edərək bildirib ki, 1992 – 2004 – cü illərdə Çevik Polis Alayında xidmət edib. Səhhəti ilə bağlı Daxili İşlər Nazirliyi orqanlarından öz ərizəsi ilə uzaqlaşıb. Müraciət edən şəxs bildirib ki, 1993 – cü ildə xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanıb, daha sonra isə 1992-2014 – cü illər ərzində 12 barmaq bağırsaq xorası(1997 – ci ildə) və “Sol tərəfli böyrək daşı xəstəliyi”(2002 – ci ildə) ilə müalicə alıb. Lakin, şikayətçi bildirib ki, bu barədə heç bir yerdə sənəd tapılmayıb. Ona görə də hazırda S.Mirzəyev səhhəti ilə əlaqədar təqaüdə çıxmaq istəsə də, buna nail ola bilmir. Dəfələrlə, müvafiq orqanlara müraiət etsə də, heç bir nəticənin olmadığını deyir.

Şikayətçi S. Mirzəyev əgər təqaüdə çıxmasının mümkün olmadığı təqdirdə, işlə təmin olunmasını istəyir.

 

Qeyd ed'k ki, qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq  

   

 

        

   

   

Şərhlər