Yer ortibində lazer şəbəkəsinin tətbiqinə başlanılıb

30.01.2016 17:17     Sosreaksiya     1763

Avropa Yerin orbitində informasiya supermagistralının tətbiqinə başlayıb.

Şəbəkədə ilk qovşaq Qazaxıstanda Baykonur stansiyasından buraxılan telekommunikasiya peykidir.

O, başqa kosmik gəmilər tərəfindən Yerin çəkilmiş fotoşəkillərini lazerlə toplayaraq, yerə göndərəcək.

Bunun əsas faydası odur ki, daşqın və zəlzələ kimi təbii fəlakətlər barədə informasiya əvvəlkindən daha tez əldə ediləcək.

Hazırda izləyici peyklərin çəkdiyi fotolar saatlar sonra Yerə çatır.

Bunun səbəbi odur ki, kosmik gəmi fotoları yalnız peyklərin qəbuledici antennaların qarşısından keçərkən götürə bilir. 10 dəqiqə çəkən bu proses 90 dəqiqədən bir təkrarlanır.

Avropa Kosmik Agentliyi (ESA) isə istəyir ki, fotoları lazerlə daha üstdə yerləşən və daima yerdəki stansiyanı görən peykə göndərsin.

Yeni sistemlə fotolar çəkildikdən 20 dəqiqə sonra yerə göndəriləcək.

Şərhlər