Bakının məşhur ticarət mərkəzində yanğın olub

30.01.2016 21:48     Sosreaksiya     1248

Bu gün 18:00 radələrində Bakının Xətai rayonunda "Amay” ticarət mərkəzində yanğın baş verib.
 
"Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın dördüncü mərtəbəsində vətəndaşa məxsus ofisdə qeydə alınıb.
 
Nəticədə ümumi sahəsi 40 kv.m olan ofisin dəhlizində taxta üzlük 8 kv.m sahədə və üzlüyün altından keçən elektrik kabeli 15 p.m yanıb.
 
Qalan hissələr yanğından mühafizə olunub. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər