Azərbaycan irihəcmli bərələrin tikintisi imkanına baxır

31.01.2016 12:22     Sosreaksiya     1560

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı ilə bağlı texniki imkanları nəzərdən keçirir. 
 
Reaksiya xəbər verir ki, bu barədə Trend-ə QSC-dəki mənbə bildirib.
 
Mənbə deyib ki, Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə yüklərin daşınmasının potensial dinamikasını nəzərə alaraq, 54 vaqon tutumlu yeni bərələrin və 53 yük maşını tutumlu "Ro-Pax" növlü gəmilərin tikintisi məsələsi nəzərdən keçirilir: "Bundan başqa, Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı da nəzərdə tutulur, lakin bu, uzaq gələcək üçün düşünülür".
 
Qeyd edək ki, hazırda QSC-nin balansında müxtəlif tutumlu 14 bərə var.

Şərhlər

Çox oxunanlar