Gürcüstanda "donuz qripi"ndən 7 nəfər ölüb

31.01.2016 15:30     Sosreaksiya     1410

Gürcüstanın paytaxtı Tbilisidə "donuz qripi"nin yaratdığı pnevmoniyadan daha bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzinə istinadən "İnterfax" məlumat yayıb.

Mərkəzin məlumatına görə, bu "H1N1" virusundan 7-ci ölüm faktıdır.

Ümumilikdə ölkədə qış mövsümündə vətəndaşlar arasında "donuz qripi"nə 186 yoluxma halı qeydə alınıb.

Şərhlər

Çox oxunanlar