Avtomobil qatarla toqquşub - Ölənlər var

31.01.2016 16:04     Sosreaksiya     1137

Bu gün Qahirədə insanları daşıyan kiçik həcmli yük avtomobili ilə qatarın toqquşması nəticəsində 7 nəfər həyatını itirib.
 
"Reaksiya" Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.
 
O da bildirilir ki, hadisə tənzimlənməyən dəmiryolu qovşağında yük maşınının sürücüsünün səhvi üzündən baş verib.
 
Misir dünyada pis yol infrastrukturu ilə tanınır.
 
Umumdünya Sağlamlığıqoruma Cəmiyyətinin məlumatına görə, Misirdə hər il qəzalar nəticəsində 12 min insan həyatını itirir.

Şərhlər