Partlayışda 30 nəfər öldü
31.01.2016 16:09 Sosreaksiya 2315
"Reaksiya"nın BBC-yə istinadən xəbərinə görə Suriyanın dövlət mediası yazır ki, Dəməşqin cənubunda Sayyida Zeynəb şiə ziyarətgahının yaxınlığında iki partlayış baş verib.
Hadisə nəticəsində azı otuz nəfər öldürülüb, çoxlu yaralılar var.
Dövlət KIV-i bildirir ki, ilk partlayış bomba qoyulmuş avtomobilin partlaması nəticəsində baş verib.
Bu məbəd şiə müsəlmanları arasında çox məşhurdur.
Məhəmməd Peyğəmbərin qız nəvəsinin məzarının olduğu, məhz bu məbədin qorunması üçün isə Livanın şiə Hezbollah hərəkatı və İran Suriya prezidenti Bəşər Əsədə dəstək üçün münaqişəyə qoşulub.
Məbəd ötən ilin fevralında da hücuma məruz qalıb.
Şərhlər