10 min uşaq "itkin düşüb"?
31.01.2016 20:43 Sosreaksiya 1312
Son iki ildə 10 mindən çox miqrant uşağın Avropa gəldikdən sonra yoxa çıxdığı ehtimal edilir, Avropa İttifaqının polis kəşfiyyat birliyi deyir.
Avropol bildirib ki, minlərlə yetkinlik yaşına çatmayanlar dövlət orqanları tərəfindən qeydiyyata alındıqdan sonra yoxa çıxıb.
Qurum uşaq və gənclərin cinayətkar qruplar tərəfindən cinsi istismar və köləliyə məcbur edilməsi barədə xəbərdarlıq edib.
Save the Children təşkilatı deyir ki, ötən il Avropaya ailəsiz 26 min uşaq miqrant gəlib.
İlk dəfədir ki, Avropol itkin düşmə ilə bağlı belə rəqəmlər açıqlayır.
"Reaksiya" BBC-nə istinadən xəbər verir ki, uşaqların axtarışı ilə bağlı qurumun yüksək rütbəli rəsmisi Observer qəzetinə deyib ki, lakin "bu o demək deyil ki, onların hamısı cinayətə cəlb edilib".
"Ola bilsin, bəziləri ailələrinə verilib. Sadəcə, biz bilmirik ki, onlar hardadır, nə edirlər və kiminlədirlər."
Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Leonard Doyle BBC-ə deyib ki, rəqəm "şokedici olsa da, surpriz deyil".
Onun sözlərinə görə, itkin düşmüş uşaqların çoxunun istismara məcbur edilməsi də "gözləniləndir".
"Gəlin ümid edək ki, Aİ bütün resurslarını bu uşaqları tapmağa və ailələrinə qovuşdurmağa cəlb edəcək", cənab Doyle deyib.
Ötən il Aİ ərazisinə 1 milyondan çox miqrant gəlib.
Şərhlər