Şəklin keyfiyyətində yeni rekord: 365 gigapiksel

30.05.2015 16:08     Sosreaksiya     934

Fotoaparatla çəkilişlərdə indiyə kimi ən yüksək keyfiyyətli şəkil əldə olunub. Əldə edilən keyfiyyətli şəkil kağıza köçürüləndə böyük bir futbol meydançası boyda şəkil əldə ediləcək.

Ən yüksək keyfiyyətli fotoşəkil çəkilişi rekordu təzələndi. Daha əvvəl 320 Gigabayt olan rekord, yeni çəkilişlə 365 Gigabayta çıxdı. Yeni çəkilişin dərc olunmuş halı bir futbol sahəsi böyüklüyündə olacaq.

Yeni rekord təcrübədən Avropanın ən yüksək dağı olan Mont Blankda keçirilib. Fotoşəkili çəkən qrup, görünüşü bir internet saytına təqdim edib.

Çəkilən fotoşəkil, 3500 metr yüksəklikdə, 70 min kvadrat və -10 dərəcədə aparılan 35 saatlıq çəkiliş nəticəsində əldə edilib. Əldə edilən şəklin ölçüsü 46 terabaytdır. Fotograf 2 ay davam edən əməliyyatlar və xüsusi proqramlarla tənzimləmələr nəticəsində 365 gigapiksel dəqiqliyində görüntünü meydana gətirib.

Şərhlər

Çox oxunanlar