Türkiyə vətəndaşı “donuz qripi”ndən öldü

31.01.2016 22:35     Sosreaksiya     1493

Türkiyə vətəndaşı Mehmet Açımık "donuz qripi" virusundan Vyetnamda ölüb.
 
Trend-in verdiyi məlumata görə, Mehmet Açımık bu virusa Vyetnama iş səfəri ilə bağlı gedərkən yoluxub.
 
İlin əvvəlindən Türkiyədə "donuz qripi" virusundan 57 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
 
İndiyədək "donuz qripi" Giresun və Diyarbakır vilayətlərində aşkar edilib.
 
Bu dövrdə Türkiyə xəstəxanalarına "donuz qripi" şübhəsi ilə aralarında xarici vətəndaşların da olduğu 3 mindən çox şəxs müraciət edib.
 
2016-cı ildən 471 Türkiyə vətəndaşında bu virus aşkar edilib.
 

Şərhlər

Çox oxunanlar