Türkanlılar “Azəriqaz”ın işçisini döyüb onurğasını sındırdılar
01.02.2016 09:27 Sosreaksiya 2150
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları tərəfindən Bakının Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar aparılıb.
Reaksiya “Qafqazinfo” - ya istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyatyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunub və qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı M. Mayılov, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülərək, ağır bədən xəsarətləri yetirilib.
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən əməkdaşa ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub. Faktla bağlı Xəzər RPİ 1-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.
Şərhlər