İŞİD Suriyada ilk dəfə qadın edam edib
30.06.2015 16:02 Sosreaksiya 2365

Dəhşətli edam üsulları ilə məşhurlaşan İŞİD Suriyada cadugərlikdə günahlandırdığı 2 qadını edam edib. Suriya İnsan Haqqları Mərkəzi təşkilatın ölkədə daha əvvəl heç bir qadını 'bu şəkildə' edam etmədiyinə diqqət çəkib.
Suriya İnsan Hüquqları Mərkəzinin direktoru Rami Əbdürrəhman, "İraq Şam İslam Dövləti (İŞİD) Deyr əz Zor vilayətində 2 qadının başını kəsib. İlk dəfə bir qadının təşkilat tərəfindən bu şəkildə öldürüldüyünə şahid oluruq" açıqlamasını verib.
Edamların əvvəlki gün və dünən reallaşdığını söyləyən Əbdurrəhman, cadugərlikdə günahlandırılan qadınların ərlərinin də öldürüldüyünü bildirilib.
Şərhlər