Ramiz Mehdiyev Cəlal Əliyevin vida mərasimində - FOTOLAR

01.02.2016 14:03     Sosreaksiya     2452

Akademik Cəlal Əliyevlə vida mərasimi keçirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında keçirilən mərasimə dövlət və hökumət nümayəndələri, elm adamları qatılıblar.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də mərasimdə iştirak edib.

*  *  *12:30

Akademik Cəlal Əliyevlə vida mərasimi başlayır.

APA-nın məlumatına görə, akademikin cənazəsi vida mərasiminin keçiriləcəyi AMEA-nın əsas binasının "Dairəvi zalı"na gətirlib.

Akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.

 

 

Şərhlər