“Apple Music” bu axşam istifadəyə təqdim edilir

30.06.2015 16:17     Sosreaksiya     2369

“Apple”nin online musiqi platforması “Apple Music” bu axşam ölkə saatı ilə 22:00-da rəsmi olaraq istifadəyə təqdim ediləcək.

Qısa bir müddət əvvəl elanı verilən “Apple Music” bənzərlərindən olduğu kimi internet üzərindən musiqi dinləmə imkanı təqdim edən yeni bir xidmətdir. “Spotify”, “Deezer” kimi xidmətlərlə bənzər xüsusiyyətləri olan “Apple Music”, firmanın iOS 8.4 əməliyyat sistemi ilə eyni anda istifadəyə təqdim ediləcək.

“Apple Music”in rəhbərliyində olan şəxslərdən Rogersin verdiyi açıqlamaya görə yeni servis ölkə saatı ilə bu axşam 22: 00-da istifadəyə təqdim ediləcək. Yeni xidmətin “Facebook” sosial şəbəkəsində də səhifəsi açılıb.

“Apple Music” başlanğıcda 25 min mahnını əhatə edən bir infrastruktura sahibdir. Bu rəqəmin daha sonra 100 min mahnıya çıxacağı da açıqlanıb. iOS əməliyyat sisteminin 8.4 versiyasının son variantı da eyni saatlarda istifadəçiyə təqdim ediləcək. Apple Music, iOS 8.4 ilə birgə gəldiyi üçün mövcud istifadəçilərin bu versiyası yeniləmə etmələri lazımdır.

İlk 3 ay pulsuz olaraq istifadə ediləcək olan “Apple Music”in bu prossesin sonundakı aylıq icarə haqqının 5 AZN olması gözlənilir.

Şərhlər