Bu ərazilərdə qaz olmayacaq
01.02.2016 18:00 Sosreaksiya 1923
Fevralın 2-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Digah” və “Alatava” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Digah, Fatmai və Məhəmmədi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Şərhlər