Qəbələdə məktəb yanıb

01.02.2016 18:16     Sosreaksiya     2768

Bu gün Qəbələ şəhərində Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 4080 kv.m olan ikimərtəbəli 3 saylı orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 18 kv.m olan sinif otağının döşəməsi 2 kv.m sahədə yanıb.
 
Reaksiya Virtualaz.org -a istinadən bildirir ki, sinif otağının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub.
 
Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər