Rusiyaya döyüş sursatı keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb
01.02.2016 22:43 Sosreaksiya 1270
Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində yerləşən dövlət sərhədində gömrükçülər qanunsuz olaraq Rusiyaya ov tüfəngi patronları keçirmək istəyən Azərbaycan vətəndaşını saxlayıblar.
"Report" "AiF-Daqestan"a istinadən xəbər verir ki, bu barədə Dağıstan Gömrük Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, Azərbaycandan gələn kişinin əl baqajına baxış zamanı 50 ədəd 410 kalibrli patron aşkar edilib.
"Mal barədə gömrük orqanlarına məlumat verilməyib, bununla əlaqədar patronlar müsadirə edilib və ekspertizaya göndərilib. İnzibati cinayət işinin açılması barədə qərar qəbul olunacaq", – deyə idarədən bildirilib.
Şərhlər