Filmlərin çox geniş auditoriyası və təsir imkanları var - SOS

30.06.2015 17:08     Sosreaksiya     754

Bu fikirləri müxbirimizin “niyə ölkəmizdə milli vətənpərvərlik hissini təbliğ edən filmlər çəkilmir?” - sualını cavablandırarkən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib. O qeyd edib ki, qaldırılan məsələ olduqca önəmli bir məsələdir: “Filmlərin çox geniş auditoriyası və təsir imkanları var. Təəssüf ki, bizdə bu sahədə ciddi boşluqlar var. Kino iqtisadiyyatının inkişaf etməməsi, yazılan ssenarilərin zəifliyi və digər faktorlar kinonun vəziyyətinə daha döğrusu inkişaf etməməsinə, bugünkü vəyiyyətə səbəb olur.. Azərbaycanda yaxşı kino ənənələri və kifayət qədər potensial var. Bu potensialdan düzgün yararlanmaq lazımdı. Yalnız Vahid Mustafayevin "Xoca" filmi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz sözünü dedi. Deməli, burada yaradıcı heyətlə bərabər çox cəlb edici ssenari vacibdi. Müharibə şəraitində yaşayan Azərbaycanda belə filmlərin çəkilməsi üçün pulu peşəkarlara vermək lazımdı. Aktyora hansı rolu versən onu oynayacaq. əgər ssenari heç bir şey deyilsə filmin gələcəyi, tamaşaçısı olmayacaq”.

Şərhlər