Bakıda baş verən kütləvi davada DİN-in yüksək rütbəli əməkdaşının polis oğlu bıçaqlanıb
02.02.2016 13:11 Sosreaksiya 1867
Bakının Sabunçu rayonundakı “Emin” kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.
“Report”un xəbərinə görə, A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, “Emin” kafesində baş verən kütləvi dava edən şəxslər hadisə yerinə gələn polisin qanuni tələblərinə riayət etməyərək müqavimət göstəriblər. Onlar polis əməkdaşlarına bıçaqla hücum edib. Hadisə nəticəsində dörd polis əməkdaşı yaralanıb.
Şərhlər