Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlanıb

02.02.2016 13:16     Sosreaksiya     1705

Bakıda mənzildən oğurluq edən şəxs tutulub.
 
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Daşqın İsmayılova məxsus evdən 50 000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Aynurə Məlikova saxlanılıb.

Şərhlər