Məscid qapadıldı - Minlərlə adam küçəyə axışdı

02.02.2016 14:37     Sosreaksiya     1653

Dağıstanın Xasavyurt rayonunda polis məscidlərin birini bağlayıb.
 
Avropa.info xəbər verir ki, xalq qarasında “Şimal” adı ilə tanınan məscidin müdafiəsi ilə bağlı sosial şəbəkələrdə çağırışlar səslənib. Çünki polis məscidi birdəfəlik qıfıllamaq istəyibmiş. 
 
Hadisə yerinə gələn insanların polisin bu davranışına qarşı etiraz etməyə başlayıblar. Eyni zamanda ora zirehli maşınlarda əlavə polis qüvvələri göndərilib. Etiraz etməyə gələnlər deyiblər ki, polis məscidin imamını saxlayıb. Deyilənə görə, oni ittiham etmək üçün evinə qumbaraatan atıblar.
 
Etiraz aksiyasına beş minə qədər adamın gəldiyi bildirilir. 
 
Bu hadisə Dağıstanda məscidlərin bağlanması ilə bağlı ilk hadisə deyil. 29 yanvarda Mahaçqala yaxınlığında sələfi məscidi qapadılmışdı. Məscidin açılması üçün imamın Dağıstan Müftililiyi tərəfindən təyin edilməsi şərti qoyulub. 

Şərhlər

Çox oxunanlar