"Bakcell" abunəçilərinin balansını ikiqat artıracaq
02.02.2016 16:45 Sosreaksiya 1290
Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti növbəti “İkiqat balans” kampaniyasına start verib.
“Report” şirkətə istinadən xəbər verir ki, fevralın 2-də başlayan bu kampaniya çərçivəsində bütün "Cin" abunəçiləri nömrələrinin balansını ikiqat artırmaq imkanı əldə edəcəklər. İkiqat bonusu əldə etmək üçün abunəçi *525#YES kodunu yığmalıdır.
Bonus təklifi hər bir abunəçinin fərdi sərfiyyatına uyğun olaraq təqdim edilir və nömrənin balansının müəyyən hissəsini ikiqat artırmağa imkan verir. Bu təklifdən faydalanmaq istəyən abunəçilər *525#YES kodunu yığmaqla balansın hansı hissəsinin ikiqat artırılma imkanına malik olduğunu öyrəndikdən sonra asanlıqla bu bonusu ala bilərlər.
“Bu, “Bakcell” abunəçiləri üçün aylıq xərclərin optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə etmələri üçün fantastik həldir”, - deyə şirkətin baş marketinq direktoru Mariya Toyçeva bildirib.
Bununla belə, əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də SMS və MMS yollanılması üçün istifadə edilə bilər.
Qeyd edək ki, *100#YES kodunu yığmaqla abunəçi bonus balansını yoxlaya bilər. Alınan ikiqat məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə olunmalıdır. Bu kampaniya çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək mümkündür.
Şərhlər