Gəlinlə qayınananın hərəkəti görənləri təəccübləndirdi - VİDEO

30.06.2015 18:00     Sosreaksiya     1871

Türkiyənin Bursa şəhərinin mərkəzi küçələrindən birində dəhşətli yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, alış-veriş mərkəzlərinin birindən televizor alan gəlin və qayınana onu taksiyə yüklədib və evə doğru hərəkət ediblər.

Lakin qəflətən tüstü iyini hiss edən sürücü maşını saxlayaraq, kömək çağırıb. Köməyə gələnlərin isə diqqətini gəlin və qayınananın canlarını deyil, televizoru xilas etmələri çəkib. Mühərrik hissədən başlayan yanğın sonradan partlayışla nəticələnib və yaxınlıqda olan 2 evə də ziyan dəyib.

Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər çətinliklə də olsa, bu alovun qarşısını aliblar. Alov 1 saatdan sonra söndürülüb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Şərhlər