İndinin imamları İnstagram-da məşhurlaşırlar
02.02.2016 22:02 Sosreaksiya 1297
Onlar qızlarla top-top oynayır, Milad ağacının yanında dayanıb xristianları təbrik edir və hətta birlikdə çay dəmləyirlər.
Bunlar sanki dünyanın tanıdığı İran ruhaniləri deyillər.
"Reaksiya" BBC-yə istinadən xəbər verir ki, Lakin İslam üləmalarının gündəlik həyatını əks etdirən fotoların yükləndiyi İnstagram hesabı əsl sosial media uğuruna çevrilib. Bu hesabın 12 min davamçısı var.
“Tələbə bugün” adlanan səhifədə əslində bütün vaxtını dini elmlərə həsr etməli olan gənc ruhanilərin dindən kənar həyatının müxtəlif epizodlarını əks etdirən fotoları görmək olar.
Bu səhifənin əsasını bir İran mədrəsəsinin tələbəsi, əslən Məşhəd şəhərindən olan Məsud Zareiyan, mühafizəkar ruhanilərin imicini yaxşılaşdırmaq və onların da müasir həyatdan uzaq düşmədiklərini göstərmək üçün qoyub.
İran ruhanisi onun barəsində yaranmış stereotipə görə odlu-alovlu moizələr oxuyan və “Qərb imperializmi”ni lənətləyən birisidir.
İran liberalları ruhaniləri ölkə həyatının mənfi olan cəhətlərilə əlaqələndirirlər.
İran şahını devirmiş 1979-cu il inqilabının dalğasında məşhurlaşan bir çox ruhanilərin nüfuzu getdikcə azalıb. İndi bəzi iranlılar düşünürlər ki, bu mollaların moizələri ilə əməlləri tutmur.
Burası da var ki, Zareiyan dini seminariyanın tələbəsi olmaqla yanaşı, həm də sənədli filmlərin çəkilişi ilə məşğul olur, hərçənd dini hakimiyyətin tərəfdarıdır.
Onun müasir ruhanilərin həyatının görünməyən hissəsini İnstagram-a çıxarmaq istəyini başa düşmək də olar. İnstagram İranda, istər şəhər gənclərinin, istərsə də cəmiyyətin mühafizəkar nümayəndələri arasında çox populyardır. Twitter və Facebook İranda rəsmən qadağan edilib.
O isbat etməyə çalışır ki, “bu səhifədəki fotolar müasir İranda ruhanilərin həqiqi sosial həyatını əks etdirir”. Yerli qəzetlərdən birinə müsahibəsində Zareiyan deyib ki, “bir çox adamlarda onlar barədə yanlış təsəvvür var”.
“Mən inanıram ki, biz ruhani liderlərimizi mələklər kimi təsvir etsək, bu, adamlara inandırıcı görünməyəcək. Ruhani də adi insandır” – deyib Zareiyan.
İndi bu səhifədə pərəstişkarların da şəkilləri paylaşılır. Zareiyan bu fotoları tanınmış üləmalar və ayətullahlar haqqında maraqlı hekayətlərlə yanaşı yerləşdirir. O, özünün dini baxışlarını da bu fotolarla əks etdirməyə çalışır.
Məsələn, fotolardan birində müsəlman ruhanisi bir qadınla Milad ağacının yanında dayanıb. Fotoşəklin altındakı yazıdan bəlli olur ki, bu xristian qadın xərçəng xəstəliyindən əziyyət çəkirmiş və son çarə kimi müsəlman ruhanisindən onun üçün də dua etməsini istəyib. Şəkil sözündən belə başa düşmək olar ki, dua müstəcəb olub.
Hər bir fotoya yüzlərlə “like” qoyulub, adamlar xoş ürək sözlərini yazıblar. Bəzi şərhlər daha geniş auditoriyanın anlaması üçün ingiliscə yazılıb.
Lakin fotolardan bəziləri din xadimlərinin özlərinin dini vəzifələri xaricində başqa ictimai sahələrdə, ələlxüsus da ruhani qiyafəsində görünməsinin məqsədəuyğunluğu barədə debatlara yol açıb.
Bəziləri isə bu səhifənin arxasındakı məqsədləri şübhə altına alırlar. Ruhani xadimin uşaqlarla futbol oynadığını əks etdirən bir fotoya gələn şərhdə sual edilir: “Əcəba, bu bir insani rəğbətdən doğan hissiyyatdır, yoxsa adamlar üzərində nüfuz qazanılmasının yeni metodu?”
Bir qadınsa səhifənin administratoruna gileylənir ki, buradakı fotolarda talibələr – yəni tələbə qızları görmək olmur.
Material BBC Trending tərəfindən hazırlanıb.
Şərhlər