Ali məktəblərə qəbulda test üsulu ləğv olunur? - VİDEO
02.02.2016 23:22 Sosreaksiya 800
Ali məktəblərə qəbulda test üsulu ləğv oluna, əvəzində isə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə əsasən aparıla bilər.
Son vaxtlar abituriyentləri maraqlandıran bu məsələyə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə xəzərxəbər-ə müsahibəsində aydınlıq gətirib. TQDK sədri buraxılış imtahanında fənlərin artırılmasından da danışıb.
M. Abbaszadə bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur.
Əgər hüquqi bir qərar verilsə şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil Nazirliyinə təkliflər edilsə də bu dərs ilində dəyişiklik gözlənilmir.
Buraxılış imtahanında qaydalar da sərtləşdirilib. Əvvəllər xarici dil imtahanından 3 qiyməti almaq üçün 6 suala doğru cavab vermək kifayət idisə, bu il şagirdlər minimum 7 doğru cavab verməlidirlər.
Ali məktəblərə mövcud qəbul imtahanında isə variantların sayı da artırıla bilər. Çünki yeni istifadə olunan çap texnologiyası hər abituriyentə individual test kitabçası hazırlamağa imkan verir.
Şərhlər