2 erməni qətlə yetirlib

03.02.2016 10:45     Sosreaksiya     2020

Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərindəki avtoservisdə baş verən atışmada 2 erməni iş adamı ölüb, daha 3-ü yaralanıb.
 
Reaksiya xəbər verir ki APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 31-də baş verib. “Mercedes” markalı avtomobillə avtoservisə gələn 5 erməni orada olanlara atəş açıblar. Hadisə şahidlərinin ifadələrinə görə, avtoservisdəki şəxslər də silahlı olub. “Öldürülənlərdən biri, 1956-cı il təvəllüdlü Qrayr Vardanyan Rusiyada yaşayır, digəri isə 1971-ci il təvəllüdlü Armen Xurşudyandır. Hər ikisi bizneslə məşğul olub, münaqişədə fərqli tərəflərdən çıxış ediblər”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
 
Atışmada təxminən 10 nəfərin iştirak etdiyi deyilir. Zərərçəkənlərin hamısı polis tərəfindən nəzarətə götürülüb. 
 

Şərhlər