Zika virusunun cinsi yolla ilk yoluxma halı qeydə alınıb

03.02.2016 12:49     Sosreaksiya     718

ABŞ-da ilk dəfə olaraq Zika virusunun cinsi yolla yoluxma halı qeydə alınıb. "Reaksiya" xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəzi BBC-yə bildirib ki, xəstə Texas ştatında, Dallasda yoluxub.

Yoluxmuş adamın virusun geniş yayıldığı ölkələrə səyahət etmədiyi bildirilir, amma onun münasibətdə olduğu şəxsin Venesueladan qayıtdığı deyilir.

Xəstəliklərə Nəzarət Mərkəzinin sözçüsü Anne Schuchat deyib ki, yoluxnmanın ağcaqanad sancması vasitəsilə yox, cinsi yolla baş verdiyini hesab edirlər.

Zika virusu ağcaqanadlar tərəfindən yayılır və yeni doğulmuş körpələrdə beyinin az inkişaf etməsinə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusu ilə əlaqələndirilən xəstəliyin birləşmiş cavab tələb edən qlobal təhlükə daşıdığı barədə xəbərdarlıq edib.

Həkimlər virusun cinsi əlaqə vasitəsilə keçməsini aydınlaşdırmağa çalışırdılar.

Latın Amerikasında geniş vüsət almış Zika virusu 1947-ci ildə Uruqvayda tapılıb. Hazırda bu virusun yayılmasını alimlər tarixində ən geniş yayılma adlandırırlar.

ÜST-ün məlumatına görə, Cənubi, Mərkəzi və Şimali Amerikada üç-dörd milyon insan bu virusa yoluxa bilər.

Bir çox digər tropik xəstəliklərdən fərqli olaraq, Zika virusunun qarşısının alınması üçün indiyədək heç bir vaksin və ya dərman yaradılmayıb.

Xəstəlik əksər hallarda heç bir əlamət olmadan keçir, buna görə də virusu aşkar etmək çətindir.

Amerika Qırmızı Xaç təşkilatı Zika virusunun yayıldığı ölkələrdən qayıdan qan donorlarına qan köçürmələrindən əvvəl 28 gün gözləməyi istəyib.

Həmçinin, Avstraliyada virusa yoluxma ilə bağlı iki fakt təsdiqlənib. Rəsmilərin sözlərinə görə, iki Sidney sakini bu yaxınlarda Karib Hövzəsindən qayıdıb.

ÜST Zika virusunu Ebola ilə eyni narahatlıq kateqoriyasına salır. Bu o deməkdir ki, tədqiqat və yardım infeksiyanın öhdəsindən gəlmək üçün sürətlə izlənəcək.

Bu virusun xüsusilə hamilə qadının bətnindəki embrion üçün daha ciddi təhlükə təşkil etdiyi ehtimal olunur. Bu infeksiyaya yoluxmuş körpələr lazımınca inkişaf etməmiş beyinlə doğulur.

Şərhlər

Çox oxunanlar