Rayon qeydiyyatında olan maşınların Bakıya girişinə qadağa qüvvədə qalacaq - VİDEO

30.06.2015 18:14     Sosreaksiya     1682

Azərbaycan paytaxtında nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması üçün tədbirlər planı hazırlanır.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Bakının yollarında nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır və hazırda həmin Komissiyada müzakirələr gedir.

K.Əliyev həmçinin bildirib ki, tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır.

Şərhlər

Çox oxunanlar