“Oğurlanan 120 min dollar deputata məxsus deyil” - DİN təkzib edir
03.02.2016 13:53 Sosreaksiya 1934
Bakının Nərimanov rayonunda mənzildən oğurlanan 120 min dolların Milli Məclisin deputatlarından birinə məxsus olması barədə xəbər həqiqəti əks etdirmir.
Bunu virtualaz.org-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.
Onun sözlərinə görə, həmin pul polisə ərizə ilə müraciət edən vətəndaş Elmir Mehdiyevə məxsusdur.
Xatırladaq ki, virtualaz.org dünən Nərimanov Rayon Polis İdarəsinə istinadən rayon sakinlərinin birinin mənzilindən seyfin içərisindəki 120 min dolların oğurlandığı barədə xəbər yaymışdı.
Polisdən onu da bildirmişdilər ki, oğurlanan pulun sahibi hazırda Milli Məclisdə təmsil olunan deputatlardan biridir. Lakin deputatın adı açıqlanmamışdı.
Şərhlər