İşdən çıxarılan Qarabağ əlili ABŞ səfirliyi qarşısında aclıq edir
03.02.2016 15:43 Sosreaksiya 733
Fevralın 3-də Gədəbəy Qızıl Mədənindən işdən çıxarılmış ikinci qrup Qarabağ əlili Güloğlan İbrahimov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi qarşısında aclıq aksiyasına başlayıb.
O, Meydan TV-yə bildirib ki, haqsız, xəbərdarlıq edilmədən işdən çıxarıldığı üçün bu yola əl atıb:
"Qalmışam pis vəziyyətdə. İş tapa bilmirəm. Ona görə də belə bir yola əl atmışam. Bilmirəm hara gedim, kimə müraciət edim. Dolana bilmirəm. Ona görə də Bakıya gəlib, Amerika səfirliyinin qarşısında aclıq aksiyası keçirirəm. Bəlkə kömək edə, səsimi eşidələr".
Güloğlan İbrahimov boynundan asdığı plakatda aclıq elan etməsinin səbəbi ilə bağlı məlumat da yazıb.
AzadlıqRadiosu isə yazır ki, hadisə yerinə gələn polislər onu ərazidən uzaqlaşdırmaq istəsələr də, Güloğlan İbrahimov oturduğu yerdə aksiyanı davam etdirəcəyini bildirib.
Şərhlər