Sarayda qonşu qonşunu niyə güllələyib? - (TƏFƏRRÜAT)
03.02.2016 15:52 Sosreaksiya 1102
“Gördüm ki, bununla söhbət eləməyə dəyməz. Bircə onu fikirləşdim ki, vurmaq lazımdır”
Sarayda qonşunun qonşunu güllələməsinin təfərrüatı məlum olub. Musavat.com xəbər verir ki, fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısında boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.
Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun qonşusu Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan açdığı atəş nəticəsində vurulduğu müəyyən edilib. iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib. Sumqayıt şəhər xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir. Cinayəti törətməkdə şübhəli bilinən Qüdrət Kərimov artıq saxlanılıb.
İstintaqa ifadə verən Qüdrət qonşusunu onu təhqir etdiyi üçün güllələdiyini bildirib. Belə ki, hadisədən bir gün əvvəl Kamran Babayev sərxoş vəziyyətdə Qüdrətə yaxınlaşaraq onu təhqir edib. Bu zaman qonşular əlbayaxa dava ediblər. Həmin vaxt Kamran üzərindəki bıçaqla Qüdrətə daxilə nüfuz etməyən xəsarətlər də yetirib. Lakin qonşular onları ayıranda Kamran Qüdrətə “sabah söhbətimizi davam etdirəcəyik” deyib.
Qüdrət Kərimov deyir ki, səhəri gün də mübahisə davam edib: “Ona dedim ki, bu hərəkəti düz eləmisən? Gördüm ki, bununla söhbət eləməyə dəyməz. Bircə onu fikirləşdim ki, bunu vurmaq lazımdır”.
Atasından qalan silahla qonşusu Kamran Babayevi güllələyən Qdrət Kərimov onu öldürmək istədiyini söyləyib: “Peşiman deyiləm. Fikrim var idi ki, öldürüm. Məni o yerə gətirib çatdırmışdı”.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Şərhlər