“BakuBus” avtobuslarına sürət limiti qoydu

03.02.2016 16:17     Sosreaksiya     788

“Sərnişindaşımada təhlükəsiz xidməti əsas götürdüyümüz üçün "BakuBus"a məxsus avtobuslarda daxili mexaniklərimiz tərəfindən tənzimləmələrdə sürət həddi 50km/saat olaraq nizamlanır və sürücü bu limiti dəyişmə imkanına malik deyil”.

Reaksiya bildirir ki, bunu “BakuBus”un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova sosial şəbəkə vasitəsi ilə elan edib.

N.Allahyarova əlavə edib ki, hər hansı texniki nasazlıq nəticəsində sürət həddi maksimum 99 km/saat həddində aşıla bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür.

Şərhlər

Çox oxunanlar