Polis rəisi işıq idarəsində işə düzəldi

03.02.2016 20:17     Sosreaksiya     831

Mingəçevirin işdən çıxarılan polis rəisinə yeni vəzifə verilib

 

Bir müddət əvvəl daxili işlər naziri Ramil Usubov tərəfindən Mingəçevir şəhər polis şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Ələsgər Bədəlova yeni vəzifə verilib.
 
 Ə.Bədəlov Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyin edilib. «Azərişıq»-ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev xəbəri Lent.az-a təsdiqləyib.
 
Qeyd edək ki, Ə.Bədəlovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı xəbəri azadliq.info saytı yayıb.

Şərhlər

Çox oxunanlar