Qadınlar niyə daha çox əsnəyir?

04.02.2016 13:59     Sosreaksiya     1009

Barack Obama ABŞ prezidenti kimi ilk dəfə olaraq müsəlman məsçidinə baş çəkib. “The Daily Telegraph” qəzeti yazır ki, amerikalılar prezidentin bu jestini birmənalı qarşılamayıblar. Qəzet yazır ki, ABŞ prezidenti nəinki məsçidə gedib, o hətta burada İslamı müdafiə edən nitq söyləyib.

"Reaksiya" BBC-yə istinadən xəbər verir ki, ABŞ prezidenti çıxışında deyib ki, “İslam üzərinə hücumlar bütün dinlərin üzərinə hücum deməkdir”. Bəzi təhlilçilər Obamanın bu sözlərini, özünün antimüsəlman qeydləri ilə qalmaqala səbəb olmuş prezidentliyə namizəd Donald Trump-a işarə kimi yozublar.

“Biz başa düşməliyik ki, bir etiqad üzərinə hücum bizim bütün etiqadlarımız üzərinə hücum deməkdir” – deyib Marylanddəki Baltimor məsçidində çıxış edən Obama. Bundan əvvəl prezidentliyə respublikaçı namizəd Donald Trump Kaliforniyada 14 nəfərin öldürülməsinin ardınca bütün müsəlmanların ABŞ-a girişinə qadağan qoyulmasına çağırmışdı.

Başqa respublikaçılar da prezidentin ölkəyə 10 min Suriya qaçqınını qəbul etmək planını milli təhlükəsizliyə hədə adlandırmışdılar.

Barack Obama amerikalıları İslam barədə öz dinləri kimi düşünməyə dəvət edib.“The Telegraph” yazır ki, Obamanın çıxışından əvvəl bir qadın və bir kişi Qurandan ayələr oxumuş və məsçidə ABŞ və Maryland-in

bayraqları gətirilmişdi. Obama nitqində gəncləri özlərini din və vətənpərvərlik seçimi qarşısında qoymamağa çağırıb.

“Siz müsəlman və ya amerikalı yox, müsəlman və amerikalısınız” – deyib prezident. Özü xristian olan prezident bildirib ki, milli təhlükəsizlik mövzusunda olmayan filmlərdə daha çox müsəlman obrazlarının yaradılmasına ehtiyac var. Prezident adi müsəlmanları İslam Dövləti kimi qruplaşmalar tərəfindən İslamın yanlış təqdimatlarına xristianların “qoy işığınız yansın” kəlamı ilə qarşı çıxmağı məsləhət görüb.

Image copyrightAFP
Image captionBarack Obama amerikalıları İslam barədə öz dinləri kimi düşünməyə dəvət edib.

“Bu bütün dünyada sülhsevər müsəlman çoxluğu ilə kiçicik radikal azlıq arasındakı mübarizədir” – deyib Obama. “The Telegraph” yazır ki, Obamanın maşın karvanı keçərkən yol kənarında əllərində İslamı terrorla eyniləşdirən antimüsəlman plakatı tutmuş iki qadın dayanmışdı.

Julian Assange cümə günü təslim ola bilər

“The Guardian” qəzetinin yazdığına görə, WikiLeaks saytının yaradıcısı Julian Assange bəyan edib ki, əgər BMT-nin onun barəsindəki təhqiqatı onun məhbus edilməsinin qanuni olduğu nəticəsinə gələrsə, cümə günü günortayadək özünü polisə təslim edəcək. Assange 2012-ci ilin iyun ayından bəri Ekvadorun Londondakı səfirlyinə sığınıb.

Bundan az əvvəl İsveç Britaniyaya onun təslim edilməsi barədə order göndərmişdi.İsveç prokurorluğu Assange-ı iki qadına seksual təcavüz etməkdə şübhəli bilir.Qəzet yazır ki, xüsusi BMT komissiyası Assange-ın mümkün həbsinin qanuniliyi barədə qərarı bu cümə təqdim etməlidir. Məqalədə deyilir ki, BMT komissiyasına müraciət Assange-ın həbs olunmamaq üçün apardığı hüquqi mübarizənin son cəhdidir.

Assange 2012-ci ildən bəri ona siyasi sığınacaq vermis Ekvadorun lütfkarlığından istifadə edə bilməyərək səfirlikdə qalmasını məhbus edilməsi kimi qiymətləndirir və BMT komissiyası bunun nə dərəcədə qanuni olduğu barədə qərar verməlidir.

WikiLeaks saytının Twitterdə dərc etdiyi bəyanatda deyilir ki, “BMT mənim Birləşmiş Krallıq və İsveçə qarşı iddiamı təmin etməzsə, cümə günü günorta səfirliyi tərk edəcək və Britaniya polisinin məni həbs etməsinə imkan yaradacağam”.

“Lakin əgər mənim bu iki dövlətə qarşı iddiam təmin edilərsə və onların qanunsuz hərəkəti aşkarlanarsa, mən pasportumun dərhal qayrarılmasını və həbsim üçün cəhdlərin dayandırılmasını gözləyəcəyəm”.

Image copyrightReuters
Image captionWikiLeaks saytının yaradıcısı bundan əvvəl ehtiyat edirdi ki, onu ABŞ-a ekstradisiya edə bilərlər.

WikiLeaks saytının yaradıcısı bundan əvvəl ehtiyat edirdi ki, İsveç prokurorluğunda şəxsən dindirilməsinə imkan yaradarsa, onu ABŞ-a ekstradisiya edə bilərlər. WikiLeaks saytının ABŞ-ın diplomatik teletayplarını dərc etməsi ilə bağlı işin ABŞ-da hələ də davam etdiyi düşünülür. 2016-cı ilin yanvarında İsveç prokurorluğu Ekvador rəsmilərinin xahişi ilə Assange-ın səfirliyin binasında dindirilməsinə razılıq vermişdi.

Bundan əvvəl, 2015-ci ilin avqustunda İsveç rəsmiləri bildirmişdilər ki, Assange-a qarşı irəli sürülmüş nalayiq seksual hərəkətlə bağlı iki ittiham və cinsi təcavüzlə bağlı bir ittihama xitam verilib, lakin cinsi təcavüzlə bağlı başqa bir ittiham hələ də qüvvədə qalır.

Qadınlar niyə daha çox əsnəyirlər

“The İndependent” qəzeti yazır ki, insanlar adətən yanlarında kimsə əsnəyərkən və hətta əsnək barədə eşidərkən əsnəyirlər. Əsnəyin “yoluxucu olduğu” elmə çoxdan bəlli idi. Bu da bəllidir ki, əsnəyin yoluxuculuğu özünü daha çox bir ailənin üzvləri arasında büruzə verir. Amma indi müəyyən edilib ki, qadınlar kişilərlə müqayisədə daha çox əsnəyirlər.

Alimlər bu fenomeni onunla izah edirlər ki, qadınlar kişilərdən daha mərhəmətli və başqalarına qarşı daha hüsn-rəğbətlidirlər. Onlar iddia edirlər ki, belə mərhəmət meylliyinin əsasında qadının biologiyası dayanır. Qadınlar və kişilərin onların xəbərləri olmadan müşahidə edilməsi göstərib ki, qadınlar başqa adamların əsnəməsinə daha tez yoluxurlar. Tədqiqatçılar inanırlar ki, bu hal kişi və qadınlar arasında dərin hüsn-rəğbət hissi fərqindən baş verir.

Başqa sözlərlə, bu ondan irəli gəlir ki, qadınlar həmkarlarının və ya ailə üzvlərinin durumuna daha həssasdırlar. İtaliyadakı Piza Universitetindən alim Elisabetta Palagi deyib ki, əsnək adətən qadınlara tez yoluxur və bunun səbəbi qadınların bioloji baxımdan ana olmaq qabiliyyəti ilə bağlıdır. Araşdırma nümayiş etdirib ki, insanlar daha çox onlara yaxın olanların, məsələn dostların və ya qohumların yanında əsnəyirlər.

Bundan əvvəlki araşdırmalar “əsnək yoluxması”nın bir çox heyvanlara da xas cəhət olduğunu göstərmişdi.

Şərhlər

Çox oxunanlar