Qaradağ həbsxanasındakı intiharla bağlı rəsmi - AÇIQLAMA

04.02.2016 15:08     Sosreaksiya     1076

Bakı Şəhər Prokurorluğu fevralın 3-də saat 11:30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qaradağ rayon ərazisində yerləşən həbsxanasında baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1975-ci il təvəllüdlü Sübhay İbrahimov həbsxananın korpus üzrə tərtib olunmuş cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olub.

Orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asıb.

Həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılmış təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardımlara baxmayaraq məhkum S.İbrahimov vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.  

Şərhlər

Çox oxunanlar