Bakıda gənc qız oğlanı niyə öldürüb? - Qətl - VİDEO
04.02.2016 15:21 Sosreaksiya 1205
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Axar.az xəbər verir ki, məhkəmə prosesi hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
2015-ci ilin oktyabr ayının 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyi xatırladılıb. A.Məmmədov aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilsə də, o, oktyabrın 12-də dünyasını dəyişib.
20 yaşlı qız ifadəsində dünyasını dəyişən 31 yaşlı A.Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə bıçaqladığını və əməlindən peşman olmadığını deyib.
S.Ramazanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, qətl törədən gənc qız qaydasız döyüş idman növü ilə məşğuldur.
Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.
Şərhlər