Lider TV-də istefa – Baş redaktor işdən çıxdı

04.02.2016 19:00     Sosreaksiya     780

Lider Televiziyasının xəbərlər departamenti olan “Lider xəbər”in rəhbəri İlham Abdulov vəzifədən azad edilib.
 
AzNews.az-a daxil olan məlumata görə, artıq bir müddətdir ki, İ.Abdulov işə gəlmir. Onun vəzifəsini isə müvəqqəti olaraq departamentin ictimai-siyasi redaksiyasının rəhbəri Anar Şükürov icra edir. 
 
Məlumata görə, İ.Abdulov işdən çıxarılması üçün özü ərizə ilə rəhbərliyə müraciət edib.
 
Məlumat üçün bildirək ki, İlham Abdulov 10 ildən çox idi ki, Lider Televiziyasında çalışırdı. O, əvvəl “Səda” informasiya buraxılışının aparıcısı olub. Lakin sonradan TV-nin pezidenti Ədalət Əliyevin əmri ilə departamentin rəhbəri təyin edilib.

Şərhlər

Çox oxunanlar