İşimiz həkimə düşməsin...

30.05.2015 17:13     Sosreaksiya     1738

Düşdüsə batdıq...

İnsanların üz tutduqları özəl klinikalarda fantastik qiymətlərlə müalicə olunduqları haqda cəmiyyət arasında tez - tez söhbətlər gedir. Biz də özəl klinikalardakı real qiymətləri öyrənmək üçün onlarla əlaqə saxladıq. İlk zəng etdiyimiz məkan şəhərin məşhur tibb mərkəzlərindən biri olan BİOLOJİ TƏBABƏT KLİNİKASI  oldu. Klinikada həkim qəbulu 30 manat, qan analizi 10 manat, sidik analizi ise 6 manatdır.  Klinika palata rejiomində fəaliyyət göstərmir. Növbəti əlaqə saxladığımız  məkan TUSİ adına klinika oldu. Belə ki, klinikanın operatoru kassa ilə əlaqə yaratdı.  Kassadan öyrəndik ki, sən demə, həkimlərin sahələrinə görə qəbul qiymətləri dəyişir. Klinikada həkim qəbulu 35 manat civarında oldu. Laborator analizlər və palata tipli iş haqqında isə qətiyyən məlumat ala bilmədik.   Növbəti əlaqə saxladığımız klinika isə "Atlas MEDİCAL CENTRE"  oldu. Klinikada həkim qəbulu 30 manatdır. Əlaqə saxladığımız şəxs bildirdi ki, laborator analizlər tiplərindən aslı olaraq dəyişir. Bu klinikada həmçinin  nisbətən münasib "CHEK UP" paketləri də var.  34 manata  olan "CHEK UP" paketində qanın, sidiyin ümumi analizi, USM müayinəsi  və həkim terapevtin qəbulu daxildir. Digər 139 manatlıq CHEK UP - a isə ümumi analiz  və müayinələr  daxildir. Bu qiymətli chek up – a eyni zamanda ginekoloji və androloji müayinələr də daxildir. Operatordan onu da bildirdilər ki, bu klinikada dermatoloq müayinəsi də pulsuzdur. Etdiyimiz zənglərdən öyrəndiyimiz isə o oldu ki, özəl klinikalarda həkim qəbulunun heç bir müayinə müalicə daxil olmadan qiyməti 20 - 40 manat arasında dəyişir.  Bu qiymətlərə müayinəni də əlavə etsək görərik ki, ortaya çıxan məbləğ orta səviyyədə maaş alan azərbaycanlı üçün çox bahadır. Amma insan çarəsiz qaldıqda,  bu qiymətlərə baxmadan həkimə üz tutur. Hər halda zənnimcə bu məsələlər  müəyyən bir qanun  çərçivəsində tənzimlənsə, daha gözəl olardı.  Bu məsələyə  isə hələ ki, dövət tərəfindən qəbul olunan hər hansı bir qanun yoxdur.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin münasibətini öyrənmək istəsək də, “siqnal səsindən sonra mesajınızı bildirin” – cümləsindən başqa bir söz eşitmədik.

 

Əşrəf 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar