SOCAR yeni zavod tikir

05.02.2016 12:28     Sosreaksiya     1203

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın "Maire Tecnimont" şirkəti arasında yüsək sıxlıqlı polietilen zavodunun inşası layihəsinin həyata keçirilməsi çərçivəsində mühəndislik təchizatı və tikinti üzrə sabit qiymətli müqavilə imzalanıb.
 
"Report" xəbər verir ki, müqaviləyə əsasən, müəssisənin istismara verilməsinə qədər mühəndislik xidmətlərinin həyata keçirilməsi, avadanlıq və mal-materailların satın alınması, quraşdırılması və tikinti işləri İtaliya şirkəti tərəfindən həyata keçiriləcək.
 
Qeyd edək ki, müqavilənin dəyəri 180 mln. avro təşkil edir.
Müqaviləni SOCAR prezidenti Rövnəq Abdullayev və İtaliya şirkətinin baş icraçı direktoru Pyerrobetro Fogiero (Pierroberto Fogiero) imzalayıblar.

Şərhlər