Nardaranda narkomaniyanın zərəri barədə tədbir keçirilib

05.02.2016 16:45     Sosreaksiya     877

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Sabunçu Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbin akt zalında “Narkomaniya əsrin bəlasıdır”  mövzusunda tədbir keçirilib.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupundan APA-ya verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun məsul əməkdaşları dövlət proqramının icrası ilə əlaqədar görülən tədbirlər barədə, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikasından danışıblar. Narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

 

Tədbirdə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən qısametrajlı sosial video çarx da nümayiş olunub. Sonda tədbir iştirakçılarına “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanıb.

Şərhlər

Çox oxunanlar