“Şagird-məzun” sisteminə şagirdlər haqqında məlumatların 92 faizi daxil edilib
05.02.2016 17:53 Sosreaksiya 1645
Ümumtəhsil məktəbləri buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi prosesi davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, “Şagird-məzun” sisteminə məktəb əlaqələndiriciləri tərəfindən buraxılış sinif şagirdləri haqqında məlumatların 92 faizi daxil edilib. Bu göstərici ötən ilin fevralı ilə müqayisədə 13 faiz yüksəkdir.
Qax, Daşkəsən rayonları, Naftalan şəhəri, Naxçıvan Muxtar Respublikasının Culfa, Kəngərli rayonlarının ümumtəhsil məktəblərində şagirdlər haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi artıq sona çatıb.
Şabran və Zəngilan rayonlarında daxiletmə faizinin aşağı olduğunu nəzərə alaraq, bu rayonların təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiriciləri daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə olunaraq təsdiqlənməsini təmin etməlidirlər.
Şərhlər