Zaqatalada 53 yaşlı qadın dəm qazından zəhərlənib

05.02.2016 19:35     Sosreaksiya     1257

Zaqatala. Vüqar Heydərov -APA. Zaqatalada 53 yaşlı qadın dəm qazından zəhərlənib. 

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala sakini, 1963-cü il təvəllüdlü Təranə Sabir qızı İmani bu gün axşam saat 18:45 radələrində huşsuz vəziyyətdə, zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Hakim müayinəsi və araşdırması zamanı məlum olub ki, 53 yaşlı T. İmani yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən T. İmaniyə tibbi yardım göstərilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 
 

Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar