İş adamını avtomobilində öldürdülər

05.02.2016 20:26     Sosreaksiya     916

Ankaranın tanınmış iş adamlarından olan Əli Kayum avtomobilinin içində maskalı şəxs tərəfindən öldürülüb.  
 
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əli Kayum cümə namazına gedərkən qətlə yetirilib. 
Məlumata görə, iş adamı avtomobilinə mindikdən sonra əli silahlı maskalı adam ona bir neçə dəfə atəş açıb. Əli Kayum hadisə yerində keçinib.
 
Qətli törədən hadisə yerindən qaçıb.  
 

Şərhlər